UEFA Superkubokunun qalibi müəyyənləşdi

11 Avqust 2022 07:05

UEFA Superkuboku uğrunda oyun keçirilib.

Finlandiyanın paytaxtı Helsinkidəki Olimpiya Stadionunda oynanılan matçda İspaniyanın "Real" və Almaniyanın "Ayntraxt" (Frankfurt) klubları qarşılaşlb. Oyun Madrid klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının, "Aytraxt" isə Avropa Liqasının son qalibidir.  

10 avqust

UEFA Superkuboku

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya) - 2:0

Qollar: Alaba, 37, Benzema, 65

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Milli.Az