Türkiyədə təyyarə qəzaya uğrayıb

10 Avqust 2022 23:12

Türkiyənin Afyonkarahisar vilayətində mülki təlim təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, ilkin məlumata əsasən, qəza nəticəsində təyyarədə olan iki nəfər xəsarət alıb. Onlar bölgədəki xəstəxanaya çatdırılıblar.

Hadisə Afyon Kocatepe Universitetinin heyvan ferması ərazisində meydana gəlib.

Qəza ilə bağlı hələ açıqlama verilməyib.

Faktla bağlı araşdırma başladılıb.

Milli.Az