Azərbaycanda 4 qız zəhərlənib

10 Avqust 2022 22:24

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

Milli.Az