Azərbaycan güləşçisi V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb - FOTO

10 Avqust 2022 21:16

Azərbaycan sərbəst güləşçisi Əbubəkr Abakarov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Abakarov 0:9 hesabı ilə iranlı güləşçi Kərimimamçiani Əlirza Məhəmmədə uduzub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az