"Rusiya-Ukrayna münaqişəsi uzansa..."

10 Avqust 2022 21:23

Rusiya-Ukrayna münaqişəsi gözlənildiyindən daha uzun sürərsə, gərginlik Qərbi Balkanlara da çata bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Sloveniya Prezidenti Borut Pahor türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib, Sloveniya Türkiyənin Rusiya və Ukrayna arasında oynadığı vasitəçilik rolunu təqdir edir. B.Pahor əlavə edib ki, region sülh, sabitlik və əməkdaşlığa layiqdir.

Milli.Az