Rusiyaya qarşı sərt qadağa bu gecə qüvvəyə minir

10 Avqust 2022 20:55

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi daş kömür embarqosu bu gecə qüvvəyə minəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, Avropa vaxtı ilə saat 00.00-da qüvvəyə minəcək embarqo Rusiyaya qarşı 5-ci sanksiyalar paketinə daxil edilib. Apreldə qəbul edilmiş sənəd 120 gün sonra qüvvəyə minib. Sənədə görə, Rusiyada hasil edilən, və ya Rusiyanın ixrac etdiyi daş kömür və digər bərk yanacaqların İttifaq ərazisinə gətirilməsi qadağan edilir.

Gürcüstan-Ermənistan sərhədində daha iki zəlzələ olub - YENİLƏNİB 2
Türkiyə Prezident Administrasiyası Ərdoğanın İrana səfəri ilə bağlı məlumat yayıb
Britaniyanın sabiq səhiyyə naziri və maliyyə naziri Baş nazir postu uğrunda mübarizəni dayandırıb

Qeyd edək ki, Aİ ötən il Rusiyadan 4 milyard avroluq daş kömür idxal edib.

Milli.Az