Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu olub - FOTO

10 Avqust 2022 19:35

Qadın güləşçimiz Mariya Stadnik ikiqat İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Konyada keçirilən V İslamiadada 50 kiloqram çəki dərəcəsində mübarizə aparan titullu güləşçimiz həlledici görüşdə Özbəkistan idmançısı Jasmina İmmaeva ilə qarşılaşıb. Rəqibini 10:0 hesabı ilə məğlub edən M.Stadnik V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Qeyd edək ki, avqustun 18-dək davam edəcək V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Milli.Az