Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında fasilələr yaranıb

10 Avqust 2022 15:56

Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır.

Milli.Az