Azərbaycan güləşçisi İslam Həmrəyliyi Oyunlarında finala yüksəldi

10 Avqust 2022 15:32

Azərbaycan güləşçisi Əbubəkr Abakarov V İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, həlledici döyüşdə türkiyəli atlet Osman Göçənə qalib gəlib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları Oyunlarda stend atıcılığı, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis və gimnastika üzrə yarışırlar.

Milli.Az