“Son tarix bəllidir, yaxın günlərdə...” - Ermənistan çalxalanır

10 Avqust 2022 17:15

"Ermənistan hakimiyyəti öhdəlik götürüb, Qarabağın qalan ərazilərini Azərbaycana təhvil verməlidir".

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Ermənistan" Alyansının bəyanatında bildirilib.

Bəyanatda Laçın şəhəri və Zabux kəndinin yaxın günlərdə Azərbaycana təhvil veriləcəyinə də diqqət çəkilib:

"Avqustun 25-dək konkret müddət müəyyən olunub ki, bunun qarşısını almağa məsul olan orqanlar heç bir mövqe bildirmirlər".

Alyans hesab edir ki, Ermənistan hakimiyyətinin bu susqunluğu avqustun 25-nin son tarix kimi razılaşdırılmasının sübutudur.

Bəyanatda prosesin Laçınla yekunlaşmayacağı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərin də (Qarabağın dağlıq hissəsi) Azərbaycana təhvil veriləcəyi deyilib.

Milli.Az