Bakıda mənzildə yaşlı kişinin meyiti tapılıb

10 Avqust 2022 16:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nəzirov Əbülfət Ayaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az