Müğənni Roza Zərgərli küsülü olan həmkarlarından söz açıb.
Milli.Az bizim media-ya istinadən xəbər verir ki, sənətçi bu haqda "Maqazin plyus" verilişində deyib.
"Hansı məşhuru görüb salam verməmisən?" sualına Roza cavabı ilə diqqətləri üzərinə cəmləyib.
Zərgərli "Danışmadığım məşhurların heç birinə salam vermirəm" söyləyərək fikirlərini belə davam edib.
"Elə olur ki, küsülü olan həmkarlarım süfrə arxasına gəlirlər, özümü elə aparıram ki, sanki onları görmürəm. Sevil və Sevincə salam vermirəm. Çünki onlarla danışmıram. Eləcə də Nura Suri ilə də... Elza Seyidcahanla danışmırdım. İki dəfə ona özüm salam verdim. Amma gördüm ki, verdiyim salamı haqq etmir. Ona salam verməyi dayandırdım. Hansı məşhurla münasibətim pisdirsə, ona salam vermirəm. Elza özünün ağırlsızlığından münasibətlərimizi korladı. Əslində mənim kimi dostu itirmək olmaz" - deyə Roza Zərgərli bildirib.
Milli.Az