Tanınmış ərəb diplomat çıxışı zamanı öldü - VİDEO

10 Avqust 2022 11:30

Misirin Qahirə şəhərində Səudiyyə Ərəbistanından olan tanınmış diplomat Məhəmməd əl-Kahtani Ərəb-Afrika konfransında çıxışı zamanı dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə "qafqazinfo" Tahiamasr.com-a istinadən məlumat yayıb.

Kadrlardan göründüyü kimi, diplomat huşunu itirib və yıxılıb. Həkimlər ona ilkin tibbi yardım göstərməyə cəhd etsələr də, əl-Kahtaninin həyatını xilas etmək mümkün olmayıb.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Milli.Az