Paşinyandan erməni jurnalistlərinə QADAĞA - Qarabağa getməyəcəksiniz

10 Avqust 2022 12:30

Baş nazir Nikol Paşinyanın rus sülhməramlılarına verdiyi siyahıya əsasən, Ermənistandan olan jurnalistlər Qarabağa buraxılmır. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bu barədə informasiya "Hraparak" nəşrində yer alıb.

Mənbə yazır ki, buna səbəb Fərrux hadisələri zamanı Ermənistandakı müxalif deputatların bölgəyə gələrək təxribat törətmək istəkləri olub. 

Bir neçə gün əvvəl isə başqa bir jurnalist Jirayr Voskanyannın Qarabağa girişinə Rusiya sülhməramlılar icazə verməmişdi.

Milli.Az