Van Dammın azərbaycanlı gəlinindən əri Kristoferə: Mənim kişim...

10 Avqust 2022 11:07

Dünya şöhrətli aktyor Jan Klod Van Dammın oğlu Kristoferin pianoçu Suada Hacızadə əri ilə bağlı paylaşımlar edib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,uzun zamandan sonra Avropada həyat yoldaşı Kristoferə qovuşan musiqiçi sosial şəbəkə hesabında birlikdə eyni zamanda dostlarının əhatəsində çəkilən fotoları yayımlayıb. 

Suada Kristoferin dəniz sahilində şezlonqda uzanan şəklinə "Mənim kişim" şərhini yazıb. 

Qeyd edək ki, Kristofer-Suada cütlüyü ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

Suada uzun müddət ABŞ-də yaşamaq üçün viza ala bilmir və Kristoferlə birlikdə yaşamır.

Milli.Az