Yeni münaqişə riski: arxasında Rusiya var

10 Avqust 2022 13:45

Rusiyanın Ukraynada etdiklərini gördükdən sonra Kosova və Serbiya arasında yeni münaqişə riskinin olmadığını demək məsuliyyətsizlik olar.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Kosova Baş naziri Albin Kurti deyib.

Baş nazirin sözlərinə görə, Serbiya ilə yaşanan gərginliyin arxasında Rusiya durur:

"Ukraynanın işğalından əvvəl imkanlar az olsa da, indi vəziyyət tam dəyişib".

Milli.Az