Avtomobillər üçün bərpa olunan boya: Cızıqlar günəş altında yoxa çıxır - FOTO

10 Avqust 2022 15:52

Cənubi Koreya alimləri infraqırmızı şüaların təsiri altında tez və dəfələrlə özünü bərpa edə bilən polimer örtük yaradıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, avtomobillərin rənglənməsi üçün uyğundur. Belə ki, boya üzərindəki cızıqlar günəş altında yarım saat ərzində yox olur.

Boya akril polihidrik spirt əsasında yarılıdıb. Onun molekulları yüksək temperaturun təsiri altında dəfələrlə ayrılaa və yenidən birləşə bilən xüsusi bağlara malikdir.

Üzvi fototermal boya istilik artdıqca cızıqları daha tez yox edir. O, adi boya üzərindən də çəkilə bilər.

Milli.Az