Tayson Fyuri karyerasını bərpa edir

10 Avqust 2022 19:07

Dünya Boks Şurasının (WBC) ağır çəkidə çempionu britaniyalı Tayson Fyuri karyerasını bərpa etmək qərarına gəlib.

Bu barədə 33 yaşlı idmançı öz "Twitter" hesabında məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fyuri üçüncü dəfə həmyerlisi Derek Çisora ​​ilə döyüşməyə hazırlaşır.

Qeyd edək ki, Fyuri apreldə Dillian Uaytı məğlub etdikdən sonra karyerasını bitirdiyini açıqlamışdı. Britaniyalı peşəkar rinqdə keçirdiyi 33 döyüşdən 32-də qələbə (23-ü nokautla) qazanıb.

Fyuri 2011 və 2014-cü illərdə Çisoranı iki dəfə məğlub edib. Hazırda Çisoranın 38 yaşı var. Boksçu hesabında 33 qələbə və 12 məğlubiyyətə malikdir.

Milli.Az