“Qarabağ” nə qədər qazandı?

10 Avqust 2022 08:31

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubuna qalib gələn "Qarabağ" bununla UEFA Avropa Liqasının qrup mərhələsini təmin edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Ağdam klubu pley-off-da "Viktoriya"ya (Plzen) uduzacağı halda AL-in qrupunda oynayacaq.

Qurban Qurbanovun komandasının maddi qazancı isə 5 milyon (8 milyon 660 min manat) avrodur.

Milli.Az