Ağ Ev Rusiyanı Zaporojye AES-ə nəzarəti Kiyevə qaytarmağa çağırıb

10 Avqust 2022 07:14

Vaşinqton Rusiyanı Zaporojye Atom Elektrik Stansiyası və ölkədəki digər nüvə obyektləri üzərində tam nəzarəti Kiyevə qaytarmağa çağırır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

"Biz Rusiyanı Ukraynanın nüvə obyektlərində və ya onun yaxınlığında bütün hərbi fəaliyyətləri dayandırmağa və tam nəzarəti Ukraynaya qaytarmağa çağırış edirik", - deyə o brifinq zamanı deyib.

Jan-Pyerin sözlərinə görə, Amerika tərəfi Kiyev hakimiyyətinin çətin şəraitdə nüvə təhlükəsizliyini qorumaq öhdəliyini yüksək qiymətləndirir.

Milli.Az