Ukrayna və Belarus DİN-ləri əməkdaşlıq haqqında müqaviləni ləğv edib

9 Avqust 2022 21:36

Ukrayna və Belarus Daxili İşlər Nazirlikləri arasında əməkdaşlıq haqqında sazişə xitam verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar Ukrayna Nazirlər Kabineti tərəfindən verilib.

Bildirilir ki, hər iki ölkənin Daxili İşlər Nazirliyi arasında 1992-ci il martın 6-da bağlanmış Əməkdaşlıq Sazişi ləğv edilib.

Milli.Az