Şəkidə mikroavtobus və yük avtomobili toqquşdu - Yaralılar var

9 Avqust 2022 18:47

Şəkidə mikroavtobus və yük avtomobili toqquşub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində bsş verib.

Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlər xəsarət alıb, yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az