Azərbaycan taekvondoçusu İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib - FOTO

9 Avqust 2022 17:19

Azərbaycan idmançısı Haşım Maqomedov V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, H.Maqomedov pakistanlı rəqibi Harun Xanı 2:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Qeyd edək ki, Azərbaycana ilk qızıl medalı idmançı Anna Skidan qazandırıb. Finalda idmançı 70,23 metr nəticə göstərib.

V İslam Həmrəyliyi Oyunlarında bu günə kimi Azərbaycan idmançılarının bir "qızıl"ı və bir "bürünc"ü var.

Milli.Az