Ağdam Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında kütləvi zəhərlənmə

9 Avqust 2022 14:51

Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş verən zəhərlənmə ilə bağlı prokurorluqda araşdırma aparılır.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 nəfər yüngül dərəcədə zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az