"Əgər Ukraynada “Bayraktar” zavodu inşa olunacaqsa..." - Kremldən sərt AÇIQLAMA

9 Avqust 2022 13:46

Əgər Ukraynada "Bayraktar" pilotsuz uçuş aparatları istehsal edən zavod inşa olunacaqsa, onlar dərhal demilitarizasiyaya məruz qalacaq.

Milli.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, ötən gün Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Ukraynada "Bayraktar" PUA-larını istehsal edən zavodun tikiləcəyini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna və Türkiyə arasında "Bayraktar" zavodunun tikintisinə dair saziş təsdiqlənib.

Milli.Az