Bolqarıstandan Azərbaycana çağırış

9 Avqust 2022 14:07

Azərbaycan qazının nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsi həyati əhəmiyyət kəsb etdiyi üçün mümkün qədər tez başa çatdırılmalıdır.

Trend-in Bolqarıstan KİV-nə istinadən verdiyi məlumata görə, bunu Bolqarıstanın yeni regional inkişaf naziri İvan Şişkov deyib.

"Bütün Bolqarıstan dövləti layihənin reallaşdırılmasını təmin etmək üçün IGB-nin podratçısını dəstəkləyir", - İ.Şişkov bildirib.

Nazir qeyd edib ki, layihə çərçivəsində bəzi məsələlər hələ də həllini tapmayıb.

Xatırladaq ki, IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.

Milli.Az