Babadağda axtarışlar davam etdirilir - VİDEO

9 Avqust 2022 16:37

Avqustun 6-da Babadağ ziyarətgahından qayıdan zaman dərəyə düşərək yıxılaraq öldüyü deyilən  İsmayıllı rayonun Təzəkənd sakini 1968-ci il təvəllüdlü  Mübariz Məmmədovun meyiti tapılmayıb. Şəxsin qohumları deyiblər ki, Mübariz Məmmədov itkin düşdüyü ərazidə dəfələrlə gedib və həmin adıçəkilən yerə yaxşı bələd olub.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, hazırda Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları tərəfindən təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və vasitələrdən istifadə olunmaqla, dronun müşayiəti ilə əlverişsiz hava şəraitində və çətin keçilən yerlərdə axtarış-xilasetmə işləri davam etdirilir. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Qeyd edək ki, Mübariz Məmmədov avqustun 6-da Babadağ silsiləsindəki ziyarətgaha gedən zaman itkin düşmüşdü. Ailəlidir,  iki övladı ovladı var. O, Təzəkənddə yeləşən bağçada gözətçi işləyib.

Milli.Az