"Telegram" 12 milyon CƏRİMƏLƏNƏ BİLƏR

9 Avqust 2022 10:07

"Telegram" 12 milyon rubl (təxminən 333 min 600 manat) cərimələnə bilər.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, buna səbəb "Telegram"ın Rusiyada ekstremist məlumatları və pornoqrafik məzmunlu paylaşımları silməməsidir. 

Moskva məhkəməsinin bu məsələ üzrə iclası avqustun 16-na təyin edilib. Həmin gün "Telegram"ın digər inzibati protokolu da nəzərdən keçiriləcək. Bu qanun pozuntusuna görə isə mesencer ayrıca 4 milyon rubl cərimə edilə bilər. 
Belə olduğu halda sosial şəbəkə ümumilikdə 12 milyon rubl cərimə ödəməli olacaq.

Milli.Az