“Sinə vurmaqdansa, ehsan paylayın”- azərbaycanlı aparıcı

9 Avqust 2022 10:15

"Məscidə gedən xanımlara, gəlinlərə baxıram. Fikirləşirəm ki, körpə uşaqları yanlarına salıb, gedib "şaxsey" deyib, sinə vurmaqdansa, bir halva bişirib, kasıb qapılarına ehsan kimi paylamaq Allaha daha xoş gedərdi".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zemfira Adıgözəlova instaqramda paylaşıb.

O, uşaqların məscidlərə aparılmağının koronavirusun yenidən yayıldığı bir dövrdə düzgün olmadığını bildirib:

"Xəstəliklərin yeni yayılan vaxtı uşaqları özünüzlə daşımaq nə məcburdu? Şəxsi fikrimdir".

Milli.Az