İsrailin baş naziri Misir liderinə təşəkkür etdi

9 Avqust 2022 08:49

İsrail Baş naziri Yair Lapid Misir Prezidenti Əbdülfəttah Sisiyə İsraillə fələstinli qruplar arasında atəşkəsin əldə edilməsi üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Misir prezidentinin dəftərxanası məlumat yayıb.

Liderlər arasında telefon danışığının baş tutduğu bildirilib.

Milli.Az