Çində heyvan mənşəli yeni virus aşkarlandı

9 Avqust 2022 08:50

Çin və Sinqapur alimləri insanlara və heyvanlara keçə bilən yeni henipavirus növünü aşkar ediblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, virusa "Lanye" adı verilib. Hazırda bu virusa ən azı 35 nəfər yoluxub. Onlarda hərarət, yorğunluq, öskürək, iştahsızlıq, əzələ ağrısı, ürəkbulanma və digər simptomlar müşahidə olunub.

Hazırda henipavirusa qarşı peyvənd yoxdur.

Milli.Az