Bakıda yeniyetmə oğlanı avtomobil vurub

9 Avqust 2022 08:14

Bakıda 12 yaşlı yeniyetmə oğlanı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 2010-cu il təvəllüdlü Qasımlı Turhan Tural oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az