Avropa İttifaqında qaza qənaətlə bağlı razılaşma qüvvəyə minib

9 Avqust 2022 08:18

Qaz təchizatının pisləşməsinə görə Avropa Komissiyasının təklif etdiyi mavi yanacağa qənaətlə bağlı qərarı qüvvəyə minib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərar ittifaqın Rəsmi Jurnalında dərc edilib.

Sənəddə göstərilir ki, Aİ-yə üzv ölkələrinin hər biri 1 avqust 2022 - 31 mart 2023-cü il tarixlərində əvvəlki illərlə müqayisədə qaz sərfiyyatını 15% azaltmalıdır. Ciddi qaz qıtlığı olacağı təqdirdə Avropa Şurasının vəsastəti əsasında fövqəladə hal elan oluna bilər. Bu təqdirdə qənaət rejimi hər bir dövlətin real şəraitinə uyğun həyata keçiriləcək.

Milli.Az