Zelenski Bill Klintonla görüşüb

9 Avqust 2022 08:08

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın keçmiş prezidenti Bill Klintonla videokonfrans yolu ilə görüşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Volodimir Zelenski göstərdiyi dəstəyə görə ABŞ-a təşəkkürünü bildirib.

O qeyd edib ki, Vaşinqton münaqişənin dondurulmasına imkan vermir. Dondurulmuş münaqişələr 10 illərlə davam edir ki, buna da yol vermək olmaz.

Milli.Az