“Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” - Ceyhun Bayramov

9 Avqust 2022 07:05

Azərbaycan və Türkiyə bundan sonra da qlobal arenada sülhün bərqərar olmasına öz töhfələrini verəcəklər.

Bunu özünün "Twitter" səhifəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yazıb.

"Ankarada keçirilən 13-cü Səfirlər Konfransında çıxış etməkdən məmnun oldum. Azərbaycan və Türkiyə müttəfiqlər olaraq etibarlı və fəal aktorlar kimi qlobal arenada sülhün, təhlükəsizliyin və rifahın bərqərar olmasına töhfə verməyə davam edəcəklər", - deyə XİN rəhbəri bildirib.

Milli.Az