Bu ölkədə meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb

8 Avqust 2022 22:01

Moldovada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin "Facebook" səhifəsində məlumat yerləşdirilib.

"Respublikada ilk meymunçiçəyinə yoluxma halı qeydə alınıb. İlk yoluxma halı ABŞ-dan ölkəmizə gələn xarici vətəndaşda təsdiqlənib", - deyə məlumatda bildirilir.

Milli.Az