Paşinyan Putinə zəng etdi

8 Avqust 2022 20:11

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Rusiya və Ermənistan liderləri Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bu kontekstdə tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini təsdiqləyib.

Milli.Az