İsmayıllıda sahibkarlara 31 mln. manatdan çox güzəştli kredit verilib - Mikayıl Cabbarov

8 Avqust 2022 14:53

Bugünədək Sahibkarlığın İnkişafı Fondu İsmayıllı rayonunda fəaliyyət göstərən 546 sahibkarlıq subyektinə 31,3 mln. manat güzəştli kredit verib.

Milli.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, regionların sosial-iqtisadi inkişafına töhfə verən investisiya layihələrinin dəstəklənməsi davam etdirilir: "Ötən il "Agro Life" MMC-yə məxsus olan və dəyəri 1,7 mln. manat olan investisiya layihəsinin 1 mln. manat Fondun güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilib".

Milli.Az