Ucarda tükürpədici HADİSƏ - Ana 1 yaşlı oğlunu öldürmək istədi

8 Avqust 2022 18:07

Ucarda dəhşətli hadisə baş verib.

Milli.Az "lent.az"a istinadən xəbər verir ki, rayonun Rəstəcə kənd sakini Fuad Hüseynov polisə ərizə ilə müraciət edərək arvadı Cəlalə İsmayılovanın 1 yaşlı oğlunu öldürmək istədiyini bildirib.

Ata iddia edir ki, həyat yoldaşı özünün istifadə etdiyi "Amitriptilin" dərmanını uşağa verərək qəsdən onu zəhərləyib.

Daxil olan şikayət əsasında araşdırmalara başlanıb. 

Milli.Az