Bakıda gənc qız bibisinin evindən çıxıb İTKİN DÜŞDÜ

8 Avqust 2022 17:45

Bakıda yeniyetmə qız itkin düşüb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, 18 yaşlı Məmmədova Rəfiqə Niyaməddin qızı avqustun 6-sı saat 22 radələrində Nərimanov rayonun M. Məmmədov küçəsi 14 ünvanında bibisinin evindən çıxaraq naməlum istiqamətdə gedib.

Bu barədə onun anası polisə müraciətində bildirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az