Yaxın 5 gündə hava necə olacaq? - PROQNOZ

9 Avqust 2022 20:31

Azərbaycanda növbəti günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 10-u gündüzdən 15-dək ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.

Şərq küləyinin bəzi rayonlarda 15-18 m/s, ayrı-ayrı şərq rayonlarında isə arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli.Az