Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

8 Avqust 2022 12:08

Türkiyə İkinci Qarabağ müharibəsi başlayarkən qəhrəman Azərbaycan ordusunun işğal altındakı torpaqlarını azad etməsini dəstəklədi.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, torpaqların azad edilməsindən sonrakı addım regional əməkdaşlıq oldu.

"Hazırda biz regionda rifah və sülh üçün çalışırıq. Ermənistana təxribatları davam etdirməmələri üçün xəbərdarlıq edirik", - deyə M. Çavuşoğlu bildirib.

Milli.Az