Çavuşoğlu HƏMAS lideri ilə danışıb

8 Avqust 2022 07:48

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə HƏMAS lideri İsmayıl Haniyə arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Telefon danışığı zamanı İsrailin mühasirədə olan Qəzza zolağına endirdiyi hava hücumları və Məscidül-Əqsaya basqınlar müzakirə edilib.

Xatırladaq ki, İsrailin Qəzza zolağına hücumları nəticəsində 14-ü uşaq, 4-ü qadın olmaqla 44 nəfər həyatını itirib.

İsrail ilə Qəzzada İslami Cihad Hərəkatı arasında Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəs bazar günü yerli vaxtla saat 23.30-da qüvvəyə minib.

Milli.Az