İranda Əfqanıstan vətəndaşı 10 nəfəri öldürüb

8 Avqust 2022 07:35

İranın Rəfsəncan şəhərində Əfqanıstan vətəndaşı bıçaq və xəncərlə 10 nəfəri öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rəfsəncan qubernatoru Hüseyn Rezai deyib.

Hadisə Rəfsəncanın Behraman Nuq bölgəsində yerləşən əkin sahəsində baş verib.

Hücum zamanı 6 İran və 4 Əfqanıstan vətəndaşı həlak olub, bir neçə nəfər yaralanıb.

Qubernatorun sözlərinə görə, hadisəni törədən şəxs artıq həbs edilib.

Milli.Az