Güclü yağışdan sonra Gəncəyə dolu düşüb - FOTO

7 Avqust 2022 22:42

Gəncəyə dolu yağıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün axşam saat 21 radələrində güclü yağışdan sonra şəhərə dolu düşüb.

Təxminən 10-15 dəqiqə yağan dolu daha sonra leysan xarakterli yağışa çevrilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Milli.Az