İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 41-ə çatıb - VİDEO

7 Avqust 2022 22:29

İsrail ordusunun Fələstinin Qəzza zolağında yaşayış məntəqələrini atəşə tutması nəticəsində ölənlərin sayı artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Səhiyyə Nazirliyi 41 nəfərin öldüyünü bildirib.

Onlardan 15-i uşaq və 4-ü qadındır.

311 nəfər isə yaralanıb.

Milli.Az