Türkiyə İsrailin hərəkətlərini pisləyir

7 Avqust 2022 19:16

Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya hava zərbələri və Əl-Əqsa məscidinə basqınlarını pisləyən bəyanat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin mülki şəxslərə qarşı davam edən hücumları şiddətlə pisləndiyi bildirilib.

Bəyanatda qeyd olunub ki, İsrailin avqustun 5-də Qəzzaya başlatdığı hücumlar aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə səbəb olub:

"Əlavə olaraq, bu gün İsrail parlamentinin üzvü İtamar Ben-Gvir və fanatik yəhudi qruplarının İsrail polisi mühafizəsi altında olan Əl-Əqsa məscidi basqın etdiyi öyrənilib".

Türkiyə XİN bu hadisələri şiddətlə qınadığını deyib.

Milli.Az