Qəzzada atəşkəs bu gün 20:00-da başlayacaq

7 Avqust 2022 18:24

Qəzza zolağında atəşkəs bazar günü, avqustun 7-də yerli vaxtla saat 20:00-da qüvvəyə minəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Fələstin rəsmisinə istinadən Reuters agentliyi məlumat yayıb.

Bundan əvvəl agentlik İsrailin vasitəçi qismində Misirdən gələn atəşkəs təklifi ilə razılaşdığını bildirmişdi.

Milli.Az