Suriyanın şimalında 13 PKK terrorçusu zərərsizləşdirildi

7 Avqust 2022 15:24

Türk Silahlı Qüvvələri hücuma cəhd edən 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olub ki, əməliyyat Suriyanın şimalında "Zeytun Budağı" və "Barış Pınarı" bölgələrində aparılıb.

Milli.Az