Bu serial da bitir

7 Avqust 2022 10:44

"Yeşilçam"ın unudulmaz filmlərindən olan "Ah nerede"nin serial versiyası ilə bağlı qərar qəbul edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işinin 7-ci bölümdə final edəcəyi bildirilib. Buna səbəb ekran işinin gözlənilən reytinqi toplaya bilməməsi olub.

Xatırladaq ki, layihənin baş rollarını aktyorlar Oktay Çubuk və Nil Keser ifa edir. Oktay "Ferit", Nil isə "Zehra" obrazını canlandırır.

Qeyd edək ki, filmdə baş rolları Tarık Akan, Gülşən Bubikoğlu və Adile Naşit canlandırıb.

Milli.Az